"Qarabağ" İtaliyanın "Bolonya" klubunun vingeri Entoni Münyönü transfer etmək istəsə də, oyunçu bu Ağdam klubuna keçməkdən imtina etmişdi.
Newsport.az-ın məlumatına görə, transfer pəncərəsinin son günlərində fransalı futbolçu özünə yeni klub tapıb. Fransanın U-21 yığmasının sabiq üzvü karyerasını Yunanıstandan davam etdirəcək. 30 yaşlı futbolçu "Panatinaikos"la 3 illik müqavilə imzalayıb.
2015-ci ildən "Bolonya"ya məxsus olan futbolçu son mövsümün ilk yarısını icarə əsasında "Sent Etyen"də, ikinci yarısını isə "Atalanta"da keçirib. Fransalı cinah oyunçusu "Sent Etyen"də şans qazanmayıb. "Atalanta"nın heyətində isə cəmi 5 matçda iştirak edib.
Qeyd edək ki, Fransanın 21 yaşlılardan ibarət milli komandasında forma geyinmiş Münyö karyerası ərzində "Lion", "Nitsa" və "Monpelye" kimi klubların da uğurları üçün çalışıb.