“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, "canavarlar" "Sampdoriya"nın hücumçusu Patrik Şiki rənglərinə qatıb. Transfer detalları açıqlanmasa da, İtaliya mətbuatına yer alan məlumata görə, "Roma" bu keçid üçün 40 milyon avrsundan keçib.
Xatırladaq ki, bir müddət öncə 21 yaşlı forvard “Yuventus”a transfer olunmağa yaxın olsa da, tibbi müayinə zamanı ürəyindəki problemə görə Turin təmsilçisi ilə anlaşa bilməmişdi.