Ukrayna millisinin hücumçusu Andrey Yarmolenko karyerasını Almaniyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, Kiyev "Dinamo"sunun üzvünün "Borussiya"ya keçidi rəsmiləşib.
Bu barədə Dortmund klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Oktyabrda 28 yaşını tamamlayacaq Yarmolenko ilə 2021-ci ilin yayına qədər nəzətdə tutulmuş müqavilə imzalanıb.
Qeyd edək ki, almanlar Yarmolenkonun transferinə 25 milyon avro xərcləyiblər.