Millimizlə oyuna yeni futbolçu çağırıldı

Norveç milli komandasının heyətində futbolçu dəyişikliyi baş verib.

Newsport.az Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Rusenborq"un futbolçusu Tor Reqniassenin əvəzinə yığmaya "Sarpsborq"un müdafiəçisi Siqurd Rosted dəvət edilib. Bunun səbəbi isə Reqniassenin zədədən sonra əvvəlki formasını tam bərpa edə bilməməsidir. 23 yaşlı Rosted karyerasında ilk dəfə əsas yığmada oynamaq imkanı qazanıb.

Qeyd edək ki, Norveç millisi 2018-ci dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycanla, bundan 3 gün sonra səfərdə Almaniya ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right