"Qalatasaray" yeni çalışdırıcını təqdim etdi

"Qalatasaray"da yeni təyinat rəsmiləşib.

Newsport.az xəbər verir ki, Hamza Hamzaoğlu "Cim-Bom"un yeni baş məşqçisi olub.

Tərəflər arasında 2015-ci ilin may ayınadək müqavilə imzalanıb. Məlumatı İstanbul klubunun rəsmi saytı təsdiqləyib. Bundan sonra "sarı-qırmızılı" komandanı çalışdıracaq mütəxəssis bir neçə açıqlama verib: 

"İlk növbədə yuvam deyə biləcəyim yerdəyəm. Yenidən burada olduğum üçün xoşbəxtəm. Mənə dəstək olduqları üçün Yıldırım Demirören və Fatih Terimə təşəkkür edirəm. Müqaviləm may ayına qədərdir. 10 illik müqaviləyə ehtiyacım yoxdur. Əgər uğursuzluq olarsa, gedəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right