"Barselona" "Şalke"nin futbolçusunu transfer edir?

"Barselona" transfer axtarışlarını davam etdirir.

Newsport.az xəbər verir ki, Kataloniya klubu "Şalke"nin yarımmüdafiəçisi Leon Qoretskanı transfer hədəfinə alıb. Artıq bunun üçün klub fəlaiyyətə başlayıb. Komandanın futbol direktoru Robert Fernandes və baş müşahidəçi Jozef Bodam hərəkətə keçiblər. Almaniya millisinin üzvü "Arsenal", "Yuventus" və "Bavariya"nın da transfer hədəfindədir. Klub rəsmiləri bu transferi bitirmək üçün Almaniyaya yollanıblar. İddialara görə, "Barelona" 22 yaşlı futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır. Almaniya mətbuatında yer alan xəbərə görə, "Şalke" futbolçunu daha baha qiymətə satmaq istəyir.

Qoretska 2013-cü ildən "Şalke"də çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right