UEFA Avropa superkubokunun hakimlərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, “Real” və “Mançester Yunayted” arasında baş tutacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə edilib.
Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək oyunun baş hakimi Canluka Rokki olacaq. 43 yaşlı referiyə həmyerliləri Elenito Di Liberatore və Mauro Tonolini kömək edəcəklər. Əlavə hakim köməkçisi funksiyasını David Massa ilə Massimiliano İrrati yerinə yetirəcəklər. Ehtiyat hakim Rikkardo Di Fiore olacaq. Dördüncü hakim funksiyasını isə fransalı Klement Turpin yerinə yetirəcək.
Qeyd edək ki, Avropa superkuboku avqustun 8-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.