FIFA "Real"a təzminat ödəyəcək. Yeni qaydalara əsasən, ali futbol qurumu AVRO-2016-da zədələnən oyunçulara maddi təzminat ödəməlidi.
Xorvatiya millisinin futbolçusu Modriç ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı üçün FIFA Madrid klubuna 1.6 milyon avro ödəyəcək.
Təcrübəli futbolçu seçmə mərhələdə İtaliya ilə matçda zədələnib. Modriçin sol ombasının əzələsinin vətərində qırılma aşkarlandığına görə onun bərpasına ən azı 3 ay vaxt lazım olacaq.