Muslera bu dəfə anti-rekordla gündəmə gəldi

“Qalatasaray”lı qapıçının performansı hər kəsi təccübləndirir.
Newsport.az-ın məlumatına görə, “Qalatasaray”da forma geyinən Fernando Muslera bu il anti-rekordla yadda qalıb. Uruqvaylı qapıçı son 10 rəsmi görüşdə qapısından 24 top buraxıb. Qolkiper oktyabr ayından bəri çıxdığı Uruqvay millisi və “sarı-qırmızılı” komanda ilə birlikdə bütün matçlarda qapısında qol görüb.
Qeyd edək ki, “Qalatasaray”la  keçirdiyi ilk mövsümündə 18 oyun qapısında top görməyən Muslera rekorda imza atıb və “Aslanlar”ın tarixinə düşməyi bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right