“Traktorsazi”nin Türkiyə toplanışı ləğv edildi

Təbrizin “Traktorsazi” klubunun ongünlük Türkiyə toplanışı ləğv edilib. 

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycan təmsilçisi təlim-məşq toplanışını paytaxt Tehranda reallaşdıracaq.

Təbriz komandasının Türkiyə toplanışının ləğv edilməsinin səbəbləri barədə məlumat verilməsə də, dəyişikliyin İran hökümətinin siyasi amillərlə əlaqədar təzyiqindən irəli gəldiyi bildirilir.

Qeyd edək ki, “Traktorsazi” hazırlıq məqsədi ilə iyulun 3-də Türkiyəyə səfər etməli idi. Təbriz təmsilçisinin orada “Beşiktaş” da daxil olmaqla, 3 yerli komanda ilə yoxlama matçı planlaşdırılmışdı.

Report





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right