Mərakeşli futbolçu rəsmən "Qalatasaray"da

"Qalatasaray" növbəti transferini rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngi Kiyev "Dinamo"sunun futbolçusu Yunis Belhandanı heyətinə cəlb edib. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Mərakeş millisinin üzvü ilə 4 illik rəsmi müqavilə imzalanıb.

"Cim bom" bu transfer üçün Ukrayna klubuna 8 milyon avro təzminat ödəyəcək. Futbolçu özü isə "Qalatasaray"da illik 3 milyon 350 min avro qazanacaq.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında Fransanın "Nitsa" komandasında keçirib. O, meydana çıxdığı 36 qarşılaşmada 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right