İnter” və “Simurq”un keçmiş oyunçusu Robertas Poşkusun yeni iş yeri müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, məşqçi kimi çalışan sabiq futbolçu “Amkar” klubu ilə müqavilə imzalayıb. Litvalı mütəxəssis Perm klubunun gənclər komandasını çalışdıracaq.
Qeyd edək ki, Poşkur 2009/11-ci illərdə “İnter”, 2011/12-ci mövsümündə isə “Simurq”da oynayıb.