Norveç yığmasının sabiq müdafiəçisi Yon-Arne Riise futbolçu karyerasını bitirib.
Newsport.az-ın məlumatına görə, 36 yaşlı futbolçu bundan sonra tam fərqli sahədə özünü sınayacaq.
Məşhur müdafiəçi xizək sürməklə məşğul olmaq qərarına gəlib və bu sahədə də uğurlar qazanmağı hədəflədiyini açıqlayıb.
Qeyd edək ki, Riise karyerası ərzində "Olesunn" (Norveç, 1998, 2016), "Monako" (Fransa, 1998-2001), "Liverpul" (İngiltərə, 2001-2008), "Roma" (İtaliya, 2008-2011), "Fulhem" (İngiltərə, 2011-2014), APOEL (Kipr, 2014-2015), "Deli Daynamos" (Hindistan, 2015), "Çennay Titans" (Hindistan, 2016) kimi klublarda oynayıb.