"Yuventus” hücum xəttini gücləndirib.
Newsport.az-ın məlumatına görə, "qoca sinyora" Çexiya millisinin üzvü Patrik Şiki transfer edib.
21 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün klubun bazasına gəlib. Onunla bu gün 3 illik rəsmi müqavilə imzalanacaq. "Yuventus”un çexiyalı hücumçunun transferi üçün "Sampdoriya"ya 30,5 milyon avro ödəyəcək.