Saşa Stamenkoviç: "Hazırda "İnter"in çox kiçik büdcəsi var"

Uzun müddət “Neftçi”də çıxış etmiş, hazırda Qazaxıstanın “Okjetpes” klubunun şərəfini qoruyan serbiyalı qolkiper Saşa Stamenkoviç ölkəsinin mətbuatına açıqlama verib.
 
Newsport.az-ın məlumatına görə, təcrübəli qapıçı Avropa Liqasının I təsnifat mərhələsində “İnter”in rəqibi olan “Mladost”un (Serbiya)  şanslarını dəyərləndirib:
 
“Azərbaycan klublarına və bu ölkənin mentalitetinə yaxşı bələdəm. “Mladost”un uğur qazanmayacağını düşünürəm. İki mövsüm əvvəl ölkəmizin “Çukariçki” klubu “Qəbələ”yə rəqib olmuşdu. İlk oyunda qalib gəlməyimizə baxmayaraq, “Qəbələ” cavab matçında cütün taleyini həll etmişdi. Hazırda “İnter”in çox kiçik bir büdcəsi var. Onlar əvvəlki gücündə deyil. Bakıdakı oyunda “İnter” qalib gəlmək üçün çalışacaq və azarkeşlərin dəstəyindən yararlanacaq. Nenad Milovanoviç güclü məşqçidir və inanıram ki, “Mladost”u “İnter”lə oyunlara yaxşı hazırlayacaq. Futbolda hər zaman hər şey mümündür”.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right