Gürcüstanın “Torpedo” klubu satılıb.
Newsport.az-ın məlumatına görə, Kutaisi təmsilçisi auksionda 300 min lariyə (125 min avro) alınıb.
Klubun yeni sahibi “İnternational Soccer House” kompaniyasıdı.
Auksionun şərtlərinə görə, şirkət 2017-ci ilin sonuna qədər komandaya 500 min lari investisiya yatırmalıdı. 2018-ci ildə isə bu rəqəm 1,5 milyon lariyə yüksəlməlidi.