Ötən mövsümü "Neftçi"nin heyyətində keçirən serbiyalı qapıçı Boban Baykoviç "Mladost"un Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Bakının "İnter" klubu haqda danışıb.
Newsport.az-ın məlumatına görə, qolkiperin fikrincə, Luçani təmsilçisi "bankirlər"i üstələyə bilər:
"İnter" yaxşı komandadı. Ancaq bildiyimə görə komandada son vəziyyət ürəkaçan deyil. Çünki klub sponsorunu itirib. Bundan başqa, ötən mövsüm komandada mübarizə aparan 2-3 təcrübəli futbolçu "İnter"i tərk edib və onlar heyyətlərini gücləndirməyiblər. Məncə, "Mladost" üçün bu səddi keçmək çətin olmamalıdı. Düşünürəm ki, püşk komandamızın üzünə gülüb. "İnter"in yaxşı stadionu var. Təəssüf ki, meydan süni ot örtüklüdür. Azarkeşlərə gəlincə, "Mladost" Bakıda ciddi azarkeş təzyiqi ilə üzləşməyəcək. Çünki "İnter"in ev oyunlarına az azarkeş gəlir".