Millimizin futbolçusu Türkiyə klubu ilə anlaşdı

Millimizin üzvü Ufuk Budakın yeni komandasının adına aydınlıq gəlmək üzrədir.  

Newsport.az-ın məlumatına görə, cinah müdafiəçisi karyerasını Türkiyənin I Liqa təmsilçisi "Adana Demirspor"da davam etdirəcək.

Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. İddiaya görə, "Manisaspor"la müqaviləsi başa çatan futbolçu yeni sözləşmə üçün razılığa gələ bilməyib. Manisa təmsilçisi ilə maliyyə məsələlərində ortaq məxrəc əldə olunmayıb. Belədə millinin müdafiəçisi "Adana Demirspor"la danışıqlara başlayıb.

Bildirilir ki, keçid artıq 70 faiz dəqiqləşib. Yaxın zamanda Ufuk Adana təmsilçisinin futbolçusu olacaq.

Qeyd edək ki, Budak ötən mövsümün ilk yarısını "Kayserispor"da, ikinci yarısını isə "Manisaspor"da keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right