Riçard Almeyda DÇ-2018-in seçmə mərəhləsinin Şimali İrlandiya ilə ev oyununda millimizin heyətində debüt etdi.
Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi komandamızın tarixinə 6-cı braziliyalı kimi düşdü.
Onlar arasında rekordçu Leandro Qomeşdi. "Bakı"dan tanıdığımz hücumçu 18 matça çıxıb. Fabio Luis Ramim oyun sayında 2-ci, qol sayında 1-cidi. Sonradan Ramim adından imtina edib, milli tərzdə “Ramin” olan yarımmüdafiəçi 16 görüşdə 4 dəfə fərqlənib.
"Karvan"ın müdafiəçisı Ernani Pereyranın hesabında 12 oyun var. Andre Ladaqanı 1 oyun qabaqlayır. Sonuncu braziliyalıların yığmamızdakı ilk qolunun müəllifidi. "Bakı"lı Ladaqa Qazaxıstanın qapısına yol tapıb. "Karvan" və "Neftçi"də özünü göstərən yarımmüdafiəçi Markus Ferreyra isə 2 dəfə meydana çıxıb.
Bir sözlə, millinin 24 illik tarixinə düşən 5 "sambaçı" ümumilikdə 59 matçda 5 qol vurublar. Amma Almeydaya bir 90 dəqiqə yetib ki, türklərin diqqətini özünə çəksin. Britaniyalılarla matçın ən yaxşısı olan yarımmüdafiəçi adını "Göztəpə"nin transfer siyahısına yazıb.
Bakıdakı matçı canlı izləyən Super Liqanın debütantının nümayəndələri Almeyda barədə yeni baş məşqçi Tamer Tunaya geniş məlumat verib. Bu postda Yılmaz Vuralı əvəzləyən "Beşiktaş"lı mütəxəssis onu iş başında görmək üçün Bakıya - "Qarabağ"ın Çempionlar Liqasında "Samtredia" ilə keçirəcəyi qarşılaşmaya baxmağa gələcək.
SPORTİNFO.AZ