"Azərbaycan millisinin futbolçularını tanımıram"

"Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Norveç yığmasının futbolçusu Aleksandr Sederlund qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.

"Azərbaycan millisinin futbolçularını tanımıram. Bilirəm ki, onlardan bəziləri Türkiyə klublarında və "Qarabağ"da oynayır. Ancaq onların heç biri mənə tanış deyil. Lakin istənilən halda Azərbaycana qalib gəlməliyik".

Qeyd edək ki, noyabrın 16-da 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 21:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right