“İnter” Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın təmsilçisi “Mladost” qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən klubun baş məşqçisi baş məşqçisi Nenad Milovanoviç “İnter”i avrokuboklarda daha təəcrübəli sayır:
“Daha güclü və ya daha zəif komandaya rəqib ola bilərdik. “İnter”in bizdən fərqli olaraq avrokuboklarda təcrübəsi daha çoxdur. Komandamızın əsas məqsədi keyfiyyətli oyun nümayiş etdirməkdir. Təbii ki, oyuna ağ bayraq qaldırmaq üçün çıxmayacağıq. Rəqibimizdən qorxmuruq. Bildiyiniz kimi, Serbiya və Azərbaycan bir-birlərinə uzaq ölkələrdir. Ümid edirəm ki, maliyyə durumumuz Bakıya çarter reysi ilə getməyə imkan verəcək. Bundan əlavə, “İnter” ev oyunlarını süni örtüklü meydana keçirir. Ancaq biz belə meydandan istifadə etmirik. Azarkeşlər stadionda əla atmosfer yaratmalıdır. Stadionu doldurmaq üçün çalışacağıq. Ətraf şəhərlərin də bizi dəstəkləməsi lazımdı”.