İlk oyun: "Zirə" evdə, "İnter" səfərdə

Avropa Liqasında da 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-ın xəbərinə görə, püşk ölkəmizi turnirdə təmsil edəcək "Zirə" və "İnter"in rəqibinin adınınlıq gətirib. 

"İnter"in rəqibi Serbiyanın "Mladost" klubu olubsa, püşk debütantımızı Lüksemburqun "Differdanj" klubu ilə üz-üzə qoyub. 

Artıq təmsilçilərimizin ilk oyunlarını evdə və ya səfərdə keçirəcəyi də müəyyənləşib. Belə ki, "sabiq bankirlər" ilk oyununu səfərdə, "Zirə" isə evdə keçirəcək. 

Qeyd edək ki, ilk oyunlar iyunun 29-da, cavab görüşləri iyulun 6-da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right