Millimizin rəqibinin heyəti açıqlandı

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Xorvatiya yığmasının İtaliya ilə oyun üçün yekun heyəti açıqlanıb.

Qeyd edək ki, noyabrın 12-də Londonda Argentina ilə keçirdiyi yoldaşlıq görüşündə rəqibinə 1:2 hesabı ilə uduzan Xorvatiya yığması bazar günü seçmə mərhələnin görüşündə Milanda İtaliyanın qonağı olacaq.

Qapıçılar: Daniel Subaşiç ("Monako"), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Rijeka")

Müdafiəçilər: Dariyo Srna ("Şaxtyor", Donetsk), Vedran Corluka ("Lokomotiv", Moskva), Deyan Lovren ("Liverpul"), Şime Vrsaljko ("Sassuolo"), Hrvoye Miliç ("Rostov"), Tin Jedvay ("Bayer", Leverkuzen), Marin Leovaç ("Rijeka"), Domaqoy Vida ("Dinamo", Kiyev)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid), İvan Rakitiç, Alen Haliloviç (hər ikisi "Barselona"), Daniel Pranjiç ("Panatinaykos), İvan Perisiç ("Volfsburq"), Mateo Kovaçiç ("İnter"), Milan Badelj ("Fiorentina"), Marselo Brozoviç, Domaqoy Antoliç (hər ikisi "Dinamo", Zaqreb)

Hücumçular: İvisa Oliç ("Volfsburq"), Mario Mandzukiç ("Atletiko", Madrid), Duje Çop ("Dinamo"), Andrey Kramariç, Anas Şarbini (hər ikisi "Rijeka")





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right