İngiltərənin "Arsenal" klubu İtaliya çempionu "Yuventus"da çıxış edən Xuan Kuadradonu heyətinə qatmaq arzusundadı.
Newsport.az-ın məlumatına görə, londonlular 29 yaşlı kolumbiyalı futbolçuya görə qarşı tərəfə 20 milyon avroluq təklif ediblər. Lakin turinlilər bu təklifi qəbul etməyib. "Yuventus" oyunçusunu 34 milyon avroya buraxmağa razıdı.
Qeyd edək ki, Kuadrado "Yuventus"a "Çelsi"dən gəlib. 2015-ci ildən Turin təmsilçisində icarə əsasında çıxış edən Kolumbiya millisinin üzvü bu il London klubunu tam olaraq "Yuventus"a dəyişmişdi. İndi isə onu digər London təmsilçisi heyətinə qatmaq üçün hərəkətə keçib.