Ərsun Yanal rəsmən "Trabzonspor"da

"Trabzonspor"un yeni baş məşqçisinin kimliyi rəsmən müəyyənləşib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Fənərbaxça"nın sabiq baş məşqçisi Ərsun Yanalla müqavilə imzalanıb. Müqaviləyə əsasən, 52 yaşlı mütəxəssis 2015/2016 mövsümünün sonuna qədər "Trabzonspor"u çalışdıracaq.

Qeyd edək ki, Ə.Yanal 2007-2009-cü illərdə də "Trabzonpor"da baş məşqçilik edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right