Bu gün bəzi milli komandalar yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Newsport.az-ın məlumatına görə, görüşlərdən bəziləri maraqla gözlənilir.
Noyabrın 16-da “Avro-2016”nın seçmə mərhələsində Qazaxıstanla qarşılaşcaq Türkiyə millisi bu gün Braziliya ilə qüvvəsini sınayacaq.
Hollandiya yığması Meksika ilə üz-üzə gələcək.
Türkiyə və Hollandiyanın A qrupunda rəqibi olan İslandiya isə Belçika ilə qarşılaşcaq.
12 noyabr
Yoldaşlıq oyunları
22:30. Türkiyə - Braziliya - 0:4
Qollar: Neymar, 20 (0:1), Kaya, 24-avtoqol (0:2), Vilian, 44 (0:3), Neymar, 60 (0:4)
23:30. Hollandiya – Meksika - 2:3
Qollar: Karlos Vela, 8 (0:1), Sneyder, 49 (1:1), Vela, 62 (1:2), X.Hernandez, 69 (1:3), Blind, 74 (2:3)
23:45. Belçika – İslandiya - 3:1
Qollar: Lombaerts, 11 (1:0), Finboqason, 13 (1:1), Orici, 62 (2:1), Lukaku, 73 (3:1)