Türkiyədə ilk dəfə olaraq hicablı qadın hakim futbol matçına təyinat alıb.
Newsport.az-ın xəbərinə görə, FİFA-nın oktyabr ayında qəbul etdiyi yeni qərardan sonra Türkiyədə bu yenilik tətbiq olunmağa başlayıb.
Buhra Yurdakul adlı gənc xanım U-15 liqasında "Demirspor"- “Sandıklıspor” matçında yan xətt hakimi vəzifəsini yerinə yetirib. Buhra uzun qollu, qara rəngli hakim forması geyiniz və hicab taxıb.
Türkiyə futbol tarixinə keçən B.Yurdakul 1 ildir ki, bu anı gözlədiyini deyib:
"FİFA-nın yeni qərarından sonra meydana hicabla çıxa bildim. Çox xoşbəxtəm. Xəyallarım gerçək oldu”.
Qeyd edək ki, FİFA yeni qərarına əsasən, qadın hakimlər və futbolçular meydana hicabla çıxmasına icazə verilir.