"Beşiktaş"da ilk ayrılıq

Son Türkiyə çempionu olan "Beşiktaş"da ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, komandadan Luis Rodolfo ayrılıb. Braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 30 yaşlı futbolçu "Flamenqo"ya transfer olub. İstanbul klubu bu keçidə görə 1,4 milyon avro təzminat alıb.

Qeyd edək ki, "qara qartallar" Rodolfonu 2 mövsüm əvvəl "Qremio"dan 3,3 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right