Türkiyənin "Qalatasaray" klubun forma spinsoru Azərbaycan bankı ola bilər.
Newsport.az-ın Türkiyənin "Fotospor"a nəşrinə istinadən verdiyi məlumatına görə, "Cim Bom" Azərbaycanın bankı "Amrahbank"la maydan bəri davam edən danışıqlar nəticəsində 80 faiz razılıq əldə edib.
Lakin anlaşmanın detalları hələ məlum deyil. Tərəflər məbləğdə razılığa gəlsələr də, danışqlar zamanı bəzi problemlər ortaya çıxıb. Digər tərəfdən, "Amrahbank"ın "Qalatasaray"la anlaşmaya əsasən, Azərbaycandakı "sarı-qırmızı" azarkeşlər üçün kredit kartı buraxdığı bildirilir.