"Mersin İdman Yurdu"nun sabiq futbolçusu, hazırda "Qarabağ"ın şərəfini qoruyan İbrahim Şehiçin adı transfer qalmaqalında hallanır.
Newsport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Mersin İdman Yurdu" 2011-ci ildə "Jelezniçar"dan (Bosniya və Herseqovina) transfer etdiyi 26 yaşlı qolkiperin təzminatını ödəməyib.
Bu barədə Bosniya və Herseqovina klubunun prezidenti Almir Grediç məlumat verib. O bildirib ki, "Mersin İdman Yurdu" onlara borclu olduğu 425 min avronu noyabrın 10-dək ödəmələdir. Əks təqdirdə, A.Grediç UEFA-nın İntizam Komitəsinə müraciət edəcəklərini bildirib.
Qeyd edək ki, İ.Şehiç 2011-2013-cü illərdə "Mersin İdman Yurdun"da 38 matçda iştirak edib.