"Bavariya" Almaniya çempionu oldu

"Bavariya" Almaniya bundesliqasında 2016/17 mövsümünün qalibi  olub.

Newsport.az-ın məlumatına görə, Münhen klubu ölkə çempionatının 31-ci turunda "Volfsburq"a 6:0 hesabı ilə qalib gələrək yarışın bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bu qələbə ilə xalının 73-ə yüksəldən Karlo Ançelottinin komandası ən yaxın izləyici "Leytspiq"lə xal fərqini 10-a yüksəldib və tarixində 27-ci dəfə ölkə çempionu olub.

 

"Volfsburq" - "Bavariya" - 0:6
QOLLAR:
 David Alaba, 19, Robert Levandovski, 36, 45, Aryen Robben, 66, Tomas Müller, 80, Coşua Kimmix, 85

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right