Türkiyə klubundan Con Terriyə təklif

Türkiyənin “Antalyaspor” klubu “Çelsi”nin futbolçusu Con Terrini transfer edə bilər.

Newsport.az  saytının məlumatına görə, klub mövsümün sonunda “Çelsi”dən ayrılacağını açıqlayan 36 yaşlı müdafiəçiyə yaxın günlərdə təklif göndərəcək.

Təcrübəli futbolçu ilə "Antalyaspor"dan başqa  ABŞ, Çin və Qətər klubları da maraqlanır.

Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan  C. Terri 1995-ci ildən "zadəganlar"ın  şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right