Sabiq "Qalatasaray"lıya silahlı hücum

“Qalatasaray”ın sabiq qapıçısı Farid Kamilo Mondraqon xoşagəlməz durumla qarşılaşıb.

Newsport.az  saytının məlumatına görə, kolumbiyalı veteran futbolçuya silahlı hücum olunub.

Hadisə Mondraqonun paytaxt Boqotanda alış-veriş etdiyi zaman baş verib. Cinayətkarlar onun üzərinə silah çəkərək, qol saatını istəyib. Çıxılmaz vəziyyətdə qalan "Mondi" soyğunçuların tələbinə əməl edib.

Hadisə polis tərəfindən araşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right