Türkiyə kubokunda üçüncü turun oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, millimizin sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" doğma meydanda "Zonguldak Kömürspor"la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Manisaspor"un birinci qolunu 9-cu dəqiqədə B.Subaşiç vurub.
Qeyd edək ki, bu qələbə ilə "Manisaspor" növbəti mərhələyə yüksəlib.