Transfer dönəminin sonunda "Qalatasaray"a transfer olunan Qandevin "Qalatasaray"dan gedəcəyi barəsində gedən sör-söbətlərə oyunçunun meneceri aydınlıq gətirib.
Newsport.az-ın məlumatına görə, geridə qalan günlər ərzində futbolçunun Seria A klublarından "Fiorentina"ya transfer olunacağı söylənilən Pandevin meneceri Karlo Palavisiyo onun "Qalatasaray"dan ayrılmayacağını söyləyib. Palavisiyo bunları deyib:"Qalatasaray" ilə "Fiorentina" arasında bir görüşmə olmadı. Pandev Türkiyədə qalacaq. O bu ölkədə çox xoşbəxtdi".