İtaliyanın "Milan" klubu daha bir transfer həyata keçirib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klub ispaniyalı qolkiper Dieqo Lopesi transfer edib. 32 yaşlı qolkiper Milan təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Dieqo ötən mövsüm "Real"ın heyətində bütün İspaniya Liqası qarşılaşmalarında əsas heyətdə oynayıb.