AFFA türkiyəli mütəxəssis Yılmaz Vurala yenidən təklif göndərib.
Newsport.az-ın xəbərinə görə, bu barədə Y.Vuralın özü "TRT Radio 1"də yayımlanan "Həftnin ardından" proqramına açıqlamasında deyib. O, millimizlə yanaşı, Qətər klublarından birindən də təklif aldığını bildirib:
"Azərbaycan millisindən təklif almışam. Amma bu ölkədə təəssüf ki, dəyərimizi anlamırlar. Qətər klublarından biri də mənimlə maraqlanır. Əgər razılıq əldə olunarsa, böyük ehtimalla Qətərdə işləyəcəm".
Qeyd edək ki, Y.Vural AFFA-nın ötən ilin oktyabrında ona təklif göndərdiyini və millimizlə razılığa gəldiyini demişdi. Türkiyəli mütəxəssis alman lobbisinin onun Azərbaycanda çalışmasının qarşısını aldığını bildirmişdi.