Dmitri Nazarov 2 qol vurdu

Almaniya II Bundesliqasında 28-ci turun görüşləri keçirilir.

 

Newsport.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" klubu "1860 Münhen"i qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb. Dmitri Nazarov oyunda dubla imza atıb. Millimizin futbolçusu 42 və 73-cü dəqiqələrdə penaltidən dəqiq yararlanıb.

 

"Aue" turnir cədvəlində 32 xalla 15-ci pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right