Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına növbəti dəfə təyinat alıb.
Newsport.az-ın Türkiyə Futbol Federasiyasının (TFF) saytına istinadən yaydığı xəbərə görə, o, E qrupunun "Bavariya" - "Roma" matçını idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək.
Qeyd edək ki, "Bavariya" - "Roma" noyabrın 5-i, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Xatırladaq ki, bundan əvvəl C.Çakır ÇL-də "Şaxtyor" - "Portu" və "Atletik" - "Napoli" oyunlarının baş hakimi olub