"Fənərbaxça"nın prezidenti millimizlə oyuna görə federasiyaya etiraz etdi

Fənərbaxça”nın prezidenti Əziz Yıldırım Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənə etiraz edib.

Newsport.az-ın məlumatına görə, buna səbəb Türkiyə U-21 millisinin Azərbaycan U-21 yığması ilə keçirdiyi yoldaşlıq görüşünə “sarı lacivərtli”lərdən heç bir futbolçunun dəvət olunmamasıdı. Yıldırım bunu düzgün saymır:

“U-21 milli komandasında seçimlər düzgün aparılmayıb. Azərbaycanla görüşdə aşağı liqalardan futbolçular çağırılmasına baxmayaraq “Fənərbaxça”dan bir oyunuçu da dəvət almayıb”.

Xatırladaq ki, Türkiyə həmin matçda millimizə 4:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right