“Milan”ın qapıçısı Canluici Donnarumma İtaliya millisinin tarixinə düşüb.
Newsport.az-ın məlumatına görə, Donnarumma “Skuadra Azzura”nın tarixinə start heyətində yer alan ən gənc qapıçı kimi düşüb. O, 18 yaş 31 günlüyündə bu uğura nail olub.
Bununla da “Milan”lı qapıçı 105 illik rekordu qırıb. Buna qədər İtaliya sığmasının start heyətində yer alan ən gənc qapıçı Pyero Kampelli olub. O, 18 yaş, 6 ay və 9 günlüyündə “Skuadra Adzurra”nın ilk “11-liy”ində yer alıb.