Millimizin üzvü "Fənərbaxça" yolunda

21 yaşlılardan ibarət milli komandamızın üzvü Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, gənc futbolçunun xidmətində "Fənərbaxça" maraqlıdı. Türkiyə mətbuatının yazdığına görə İstanbul nəhəngi 18 yaşlı yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir. Mövsümün sonunda "Feyenoord"la müqaviləsi başa çatacaq Ozan Canın "sarı lacivərtlilər"lə sözləşmə imzalayacağı iddia olunur.

Qeyd edək ki, Kökçü ilə İngiltərənin "Tottenhem" və "Everton" klublarının da maraqlandığı iddia edilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right