Reynaldonun oynamamasının səbəbi bəlli oldu

“Qarabağ”dan Türkiyənin “Adanaspor” klubuna transfer olunan Reynaldo Silva zədələnib.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçunun adı bu səbəbdən də Superliqanın XXV turunda “Akhisar”la oyunun iştirak ərizəsinə daxil edilməmişdi.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, “sambaçı” hələ də zədəsini sağalda bilməyib. Belə ki, XXVI turda “Qalatasaray”ın qonağı olacaq Adana təmsilçisi bu gün hazırlıqlarını davam etdirib. Ancaq Reynaldo bu dəfə də məşqdən kənarda qalıb.  

Qeyd edək ki, qış transfer dönəmində “Qarabağ”dan “Adanaspor”a keçən braziliyalı hücumçu komandada qol hesabını aça bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right