Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniyanı qəbul edəcək.
Newsport.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında Almaniya yığmasının futbolçusu Sami Xedira jurnalistlərin suallarını cavablandırıb.
- Oyun bizim üçün çox vacibdi. 100 faiz gücümüzü qoymalıyıq. Səhv etmirəmsə sonuncu dəfə burda 2 – 0 hesabıyla qələbə qazanmışdıq. Rəqibə ciddi yanaşırıq. Çalışacağıq ki, evə 3 xalla qayıdaq.
- Avropa çempionatının seçmə mərthələsinə yaxşı başlamamışdıq. Bu dəfə isə işlər yaxşı gedir. İki seçmə mərhələ arasında nə fərq var?
- 2014-cü ildə ki, dünya çempionatından sonra seçmə mərhələyə yaxşı köklənə bilməmişdik. Bunun da səbəbi bir neçə futbolçumuzun karyerasını başa vurması və zədəli olması idi. Son Avropa çempionatında da titul qazana bilmədik. Ona görə də növbəti turnirdə yaxşı çıxış etməliyik. Bunun üçün də seçmə mərhələdə yaxşı oyun göstərməyimiz vacibdi.
- Zədələriniz tez -tez olurdu. İndi durumunuz yaxşıdı. Bundan sonra komandada yerinizi necə görürsüz?
- İndi karyeramın ən yaxşı dövründəyəm. Daha təcrübəli olmuşam və sağlamlığım da qaydasındadı. Komandada özümə görə yerim var. Üzərimə çox böyük vəzifə düşür. Özümü millidə vacib oyunçu hesab edirəm.
- “Real”dan “Yuventus”a keçdikdəm sonra milli komandadakı rolunda nə dəyişdi?
- Hər ikisi yaxşı komandadı. “Yuventus”a gəldikdən sonra taktiki cəhətdən daha çox şey öyrənmişəm. Bütün bunlar da millidə və klubdakı oyunuyma təsir göstərir.
- Vaxtı dəyişmisiz bura gələndən sonra?
- Xeyr, Almaniya vaxtı ilə işimizi görürük.