"Real"ın hücumameyilli yarımmüdafiəçisi Kriştiano Ronaldo futbolçu karyerası ərzində 700-cü matçına çıxıb.
Newsport.az-ın məlumatına görə,bu, İspaniya La Liqasında "Qranada"ya qarşı oyunda baş verib. Əsas heyətdə yer alan Ronaldo 700-cü matçında qol vurmağı da bacarıb. O, qarşılaşmanın 2-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, Ronaldo "Sportinq", "Mançester Yunayted" və "Real"da ümumilikdə 584 oyuna çıxıb. O, Portuqaliya millisi ilə isə 116 qarşılaşmada iştirak edib.