Türkiyədə növbəti baş məşqçi istefası

Türkiyə Super Liqasında növbəti istefa gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, "Akhisar Bələdiyəspor"un baş məşqçisi Tolunay Kafkas vəzifəsindən getdiyini açıqlayıb. Təcrübəli mütəxəssis Super Liqanın 25-ci turu çərçivəsində "Adanaspor"a 1 - 2 hesablı məğlubiyyətdən sonra istefa verib.

Qeyd edək ki. Akhisar təmsilçisi 25 turdan sonra aktivində olan 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right