Məşhur futbolçunun xanımı İtaliyada klub aldı

Qana millisinin futbolçusu Maykl Essienin həyat yoldaşı İtaliyada 3-cü divizionda çıxış edən “Komo” klunu satın alıb.

Newsport.az xəbər verir ki, klubdan verilən məlumata görə, Pani Essien iflas etmək üzrə olan kluba 206.000 funt-sterlinq xərc çəkib:

“Xanım Pani Essen və onun komandası tezliklə azarkeşlərlə görüş təşkil edəcək. 110 illik tarixi olan bu klub üçün xoş addımdı. Yeni sahibənin əsas istəklərindən biri klubun inkişaf etməsi və tezliklə İtaliya B seriyasına keçməsidir”. 

Qeyd edək ki, Maykl Essen “Lion”, “Çelsi”, “Milan”, “Real” kimi tanınmış klublarda çıxış edib. 34 yaşlı yarımmüdafiəçi ötən günlərdə İndoneziyanın “Persib” klubuna transfer olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right