Türkiyə millisində ciddi itki

Türkiyə millisinin və Çinin “Beytzin Qoan” klubunun futbolçusu Burak Yılmaz əməliyyat olunub.

Newsport.az-ın məlumatına görə, qasıq nahiyəsində yırtıq aşkarlanan hücumçu əməliyyat masasına uzadılıb. Bu səbəbdən o, Türkiyə millisinin Finlandiya və Moldova ilə yoldaşlıq matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu yenicə start götürən Çin superliqasında 2 oyuna 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right