Pirlo Konte haqda "O, bir dahidi"

"Yuventus" forması ilə Antonio Kontenin rəhbərliyi altında 3 dəfə İtaliya çempionu olmuş Andrea Pirlo sabiq baş məşqçisi haqda açıqlamalar verib.

 

Newsport.az xəbər verir ki, təcrübəli futbolçu hazırda "Çelsi"ni çalışdıran Konteni dahi adlandırıb. ABŞ-ın "Nyu York Siti" klubunda çıxış edən yarımmüdafiəçi "zadəganlar"la addım-addım İngiltərə çempionluğuna doğru gedən italyan mütəxəssis haqda xoş sözlər səsləndirib:

 

"Mənim üçün Konte dünyanın ən yaxşı baş məşçisidi. O, bir dahidi. Hər gün, hər an futbol üçün, komandası üçün çalışır. Meydanda ən xırda detallara belə əhəmiyyət verir. "Yuventus"da onunla birlikdə 3 il keçirdim. Çempion olduq. Amma hər ötən gün məşqlərdə daha güclü idi. Bəlkə, indi "Çelsi"də də elədi"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right