Dəniz Yılmaz: "Bizim üçün önəmli olan qarşıdakı oyunlarımızdı"

“Qələbə qazana bilmədiyimizə görə çox üzüldüm.  Yaxşı mübarizə aparsaq da, qələbə hesabını qoruya bilmədik”.

 

Newsport.az-ın məlumatına görə, bu sözlər “Bursaspor”un və Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaza məxsusdur. 

 

Bursa təmsilçisi Türkiyə Superliqasının XXIV turunda səfərdə “Osmanlıspor”la heç-heçə (1:1) edib.  Komandasının yeganə qolunun müəllifi olan hücumçu oyundan sonra fikirlərini bildirib. 

 

Millimizin forvardı hesabdan nəticədən razı qalmadığını deyib:

 

“Osmanlıspor” yaxşı komandadı. Onların meydanında hesabda önə keçmək asan iş deyil. Biz üstünlüyümüzü 85-ci dəqiqəyə qədər qoruya bildik. Əlbəttə, bu hesabdan razı qalmamışıq. Son dəqiqələrdə qol buraxmaq hər kəsi üzdü. Amma bu oyunu unutmalıyıq. Hazırda bizim üçün önəmli olan qarşıdakı oyunlarımızdı. Növbəti turda öz meydanımızda qələbə qazanmaq istəyirik”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right